Bizi sosial şəbəkələrdən izləyin:
Honduras Prezidenti Siomara Kastronu daşıyan helikopter ölkənin mərkəzində cəngəlliyə məcburi eniş edib.
Bu barədə "El Heraldo" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Kastro respublikanın şimal-şərqindəki San-Pedro-Sula şəhərinə işgüzar səfərindən Tequsiqalpa qayıdırmış. Lakin Kortes departamentinin El-Balin yaşayış məntəqəsi ərazisində helikopter təcili eniş edib.
Honduras Prezidentinin və onunla birlikdə olan sərnişinlərin insident zamanı xəsarət almadığı bildirilir. Nəşrin dərc etdiyi videogörüntülərdə helikopterin cəngəlliyin ortasındakı boşluğa eniş etdiyi görünür. Bundan əlavə, respublika Prezidentinin hadisə yerinə gələn yerli KİV nümayəndələri ilə ünsiyyətdə olmasının fotoşəkilləri təqdim olunur.
Nəşr Kastroya istinadən yazır ki, qatı duman səbəbindən zəif görmə şəraitində ekipaj əvvəlcə San-Pedro-Sulaya qayıtmağı planlaşdırsa da, sonra təyyarəni cəngəlliyə endirmək qərarına gəlib.