Rövşən Əsgərov beynəlxalq axtarışa verildi
Dünya
517
25 Feb 2025 | 18:25

Rövşən Əsgərov beynəlxalq axtarışa verildi

Rusiyada "Nə? Harada? Nə vaxt?" intellektual klubunun keçmiş oyunçusu Rövşən Əsgərov beynəlxalq axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.  
 
Bu barədə Rusiya İstintaq Komitəsinin nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması şöbəsinin müdiri Aleksandr Pastuxov Federasiya Şurasının iclasında danışıb.
 
Rövşən Əsgərov rusiyalı jurnalist və “Sport-Express” qəzetinin keçmiş idman köşə yazarıdır. 2013-cü ilə qədər Aleksey Blinovun "Nə? Harada? Nə vaxt?" komandasında çıxış edib. 2013 mövsümündən Balaş Kasumovun komandasında çıxış edib.
 
 
Qeyd edək ki, 2022-ci ildən Rusiya Ədliyyə Nazirliyi onu xarici agent kimi tanınıb, “Rosfinmonitorinq” tərəfindən isə o, terrorçular və ekstremistlər siyahısına daxil edilib.
 
R.Əsgərovun təqsiri 4 dəfə Sovet İttifaqı Qəhrəmanı marşal Georgi Jukov haqqında tənqidi fikirlər səsləndirməsi, onu qarətçi adlandırması olub.
 
Bir neçə gün əvvəl isə Rusiyada məhkəmə “Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının üzvü olmuş Rövşan Əsgərova 130 min rubl cərimələrin ödənilməməsi ilə bağlı yeni araşdırma başladıb.
 
Məlumata görə, sonuncu belə araşdırma bu ilin fevralında başlayıb. Əvvəllər məhkəmə Rövşən Əsgərovu 3 dəfə cərimələyib.
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər