İranda HƏYƏCAN - Ordu hazır vəziyyətə GƏTİRİLDİ
Dünya
540
25 Feb 2025 | 18:17

İranda HƏYƏCAN - Ordu hazır vəziyyətə GƏTİRİLDİ

İran ordusu İsrail və ABŞ-ın mümkün hücumlarını gözləyərək nüvə və raket obyektləri ətrafında hava hücumundan müdafiəni gücləndirib.
 
Bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
 
İddialara görə, İran rəhbərliyi hər gecə hücum gözləyir və nüvə obyektlərinin müdafiəsini gücləndirmək istiqamətində işlər xüsusilə İsrailin ilk hücumundan sonra son bir ildə daha da intensivləşib.
 
Bundan əlavə, İran ABŞ-ın mümkün hücumda iştirak edəcəyindən də narahatdır. Mənbələr bildirir ki, əsas strateji bölgələrdə əlavə hava hücumundan müdafiə qurğuları yerləşdirilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər