Paşinyan qapalı iclas keçirdi: “Əliyevin tələbi ilə bunu edirikmi?” sualına belə cavab verdi
Dünya
326
10:08, Bu gün

Paşinyan qapalı iclas keçirdi: “Əliyevin tələbi ilə bunu edirikmi?” sualına belə cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin qapalı iclaslarında öz “ideoloji mesajlarını” verib.
 
Bu barədə “Hraparak” nəşri yazıb. Paşinyan yeni zamanın yeni ideologiya tələb etdiyini, təkcə Konstitusiyaya deyil, himn, bayraq və digər dövlət rəmzlərinə də yenidən baxılmasını nəzərdə tutduğunu bildirib.
 
O, “biz Əliyevin tələbi ilə Konstitusiyaya dəyişiklik edirikmi” sualına sülh müqaviləsinin imzalanması ilə Azərbaycanın problemli tələblərinin aradan qalxacağını bildirib və hətta bununla “dördüncü respublika”nın əsasını qoyduğuna eyham vurub.
 
Yeri gəlmişkən, Paşinyan İctimai Radioya müsahibəsində də buna bənzər mesajlar verib.//publika.az
Link kopyalandı!
Son xəbərlər