Dünya bu FOTOdan danışır
Dünya
523
09:59, Bu gün

Dünya bu FOTOdan danışır

Xarici liderlər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümündə Kiyevə səfər ediblər.
 
 
İlk olaraq Avropa Komissiyasının sədri Ursula Fon der Leyen və Avropa Şurasının sədri Antonio Koşta Ukraynanın paytaxtına gedib. 
 
Həmçinin səfər edənlər arasında Finlandiya, Danimarka, İslandiya, Norveç, İsveç, Litva və Latviya prezidentləri, Kanada, İspaniya və Estoniya baş nazirləri də olub.
 
Onların Kiyevə səfəri zamanı maraqlı anlar yaşanıb. Belə ki, liderlərin Ukrayna Prezidenti Volodimir Zelenski ilə çəkdirdikləri səmimi foto xüsusi diqqət çəkib. 
 
Liderlərin eyni anda diqqətlə və maraqla Zelenskini dinləməsi gündəm olub.
 
Müharibəsinin üçüncü ildönümündə lentə alınan foto sosial şəbəkələrdə müzakirə mövzusununa çevrilib.
 
Xatırladaq ki, fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin 3 ili tamam olub.
 
Sözügedən görüntüləri təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər