Trampdan gözlənilməz əmr: “Bu, Putini çox sevindirəcək”
Dünya
316
08:27, Bu gün

Trampdan gözlənilməz əmr: “Bu, Putini çox sevindirəcək”

ABŞ hökuməti Ukraynaya hərbi yardımın çatdırıldığı Yunanıstandakı (Aleksandrupolis) NATO bazasının gələcək fəaliyyətinin mümkünlüyünü və zəruriliyini təcili nəzərdən keçirməyi əmri verib.
 
Baza Egey dənizinin Trakya sahilində, Qara dəniz boğazlarından çox uzaqda yerləşir, ABŞ və NATO tərəfindən Şərqi Avropaya qüvvələrin köçürülməsi üçün istifadə edilir. Co Bayden administrasiyası da bu bazadan Ukraynaya ABŞ hərbi yardımlarının çatdırılması üçün tranzit məntəqə kimi istifadə edib.
 
Bununla belə, nəşr qeyd edir ki, indi baza lazımsız ola bilər, çünki Tramp administrasiyası Ukraynaya yardımı davam etdirmək niyyətində deyil.
 
Nəşr vurğulayır ki, bazanın mümkün bağlanması çoxdan buna can atan Rusiya Prezidenti Vladimir Putini çox sevindirəcək. (Teleqraf)
Link kopyalandı!
Son xəbərlər