Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti Donald Tramp deyib ki, o, Ukrayna lideri Vladimir Zelenski ilə qalıq yanacaqlarla bağlı saziş imzalamaq üçün görüşə bilər.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, Zelenski ya bu həftə, ya da gələn həftə Vaşinqtona səfər edə bilər.
Xatırladaq ki, Tramp fevralın əvvəlində bəyan edib ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevdə mineral ehtiyatlara dair sazişin mətnini Zelenskiyə təhvil verib.
Əvvəllər saziş bağlamağa hazır olduğunu bildirən Zelenski bunu nə Bessentlə görüşdə, nə də daha sonra Münhendə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə görüşdə imzalayıb.
Zelenski iddia edib ki, təklif olunan variantda təhlükəsizlik təminatları yoxdur. Bununla belə, fevralın 21-də ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Zelenskinin yaxın vaxtlarda ABŞ ilə müqavilə imzalayacağını bildirib.