Dünya
447
17:08, Bu gün

"Sülh sazişi üçün əsas "İstanbul razılaşmaları" olacaq" - Trampın nümayəndəsi

"Bu, çox əhəmiyyətli danışıqlar olub və biz sülh sazişini bağlamaq üçün bundan yol xəritəsi kimi istifadə edəcəyik..."
 
Ağ Ev bildirir ki, ABŞ Ukrayna və Rusiya arasında sülh sazişinə nail olmağa "çox yaxın"dır.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.org" nəşri məlumat verib.
 
Məlumatda deyilir ki, ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uitkoff razılaşmanın hər iki tərəfdən güzəştləri nəzərdə tutacağını təsdiqləyib.
 
"ABŞ sülh sazişinə yaxınlaşır, tərəflər güzəştlərə getməlidir..."
 
Uitkoff bəyan edib ki, "bu, prezidentin ən yaxşı bacardığı şeydir. O, insanları bir araya gətirir. O, onlara anladır ki, sülh yolu güzəştlərdən və konsensusa nail olmaqdan keçir. Düşünürəm ki, burada çox uğurlu bir nəticə görəcəksiniz", - o, bildirib. O, əlavə edib ki, Rusiya tərəfi "bunu dayandırmağa hazır olduğunu" açıq şəkildə ifadə edib.
 
Uitkoff bildirib ki, Ukraynadakı müharibənin başlanmasında Rusiya mütləq günahkar deyil: "Bu müharibə baş verməməli idi, ona təhrik olunub. Bu, mütləq o demək deyil ki, bunu rusiyalılar edib", - o, qeyd edib.
 
O, müharibənin səbəbi kimi Ukraynanın NATO-ya üzv olmaq istəyini göstərib. "O vaxt Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müxtəlif danışıqlar aparılıb. Bu, baş verməməli idi", - Uitkoff vurğulayıb. "Əslində, bu, rusiyalılar üçün bir təhdidə çevrilib və biz bu faktı nəzərə almalıyıq", - o,  əlavə edib..
 
"Razılaşma üçün əsas "İstanbul razılaşmaları" olacaq..."
 
Uitkof bəyan edib ki, sülh danışıqlarında sazişə nail olmaq üçün "İstanbul razılaşmaları" əsas götürüləcək. "Bu, çox inandırıcı və əhəmiyyətli danışıqlar olub və "İstanbul protokolu" adlandırılan saziş çərçivəsində aparılıb. Biz onu imzalamağa çox yaxın idik və düşünürəm ki, Ukrayna və Rusiya arasında sülh sazişi bağlamaq üçün həmin çərçivədən bir yol göstəricisi kimi istifadə edəcəyik".
 
Xatırladaq ki, 2022-ci ilin mart ayında, genişmiqyaslı müharibənin əvvəlində İstanbulda Rusiya və Ukrayna tərəfləri arasında danışıqlar baş tutub. Bu, fevralın 24-dən sonra münaqişənin diplomatik yolla həllinə ilk cəhdlərdən biri  olub.
 
Mediada yayılan məlumatlara görə, Moskva Krımdan imtina etməyi, eləcə də NATO-ya üzv olmamaq və nüvə silahı hazırlamamaq öhdəliyini tələb edib. Bundan əlavə, işğal olunmuş ərazilərin Rusiyanın nəzarətində qalması nəzərdə tutulub. Rusiya həmçinin sanksiyaların ləğvini və Ukrayna ordusunun sayının azaldılmasını israrla istəyib.
 
Xatırladaq ki, bundan əvvəl Uitkoff bildirib ki, Ukraynadakı müharibənin həlli ilə bağlı razılıq əldə olunacağı təqdirdə, ABŞ şirkətləri yenidən Rusiyaya qayıdaraq orada biznes fəaliyyətini davam etdirə bilər. Kreml rəhbəri Putin isə dəfələrlə bəyan edib ki, Ukrayna ilə danışıqlar prosesi üçün əsas yalnız "İstanbul razılaşmaları" ola bilər.
Link kopyalandı!
Son xəbərlər