Bizi sosial şəbəkələrdən izləyin:
“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılıq əldə edə bilər”.
Bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Tramp və komandasının müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirməyə fokuslandığını və bu həftə müharibənin sona çatması ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.
Livittin sözlərinə görə, Prezident Donald Tramp müharibəni bitirməkdə inamlıdır və mümkün razılaşma ABŞ-ın xərclərini azalda bilər.
Bildirib ki, razılaşma Ukraynanın yenidən qurulması üçün vacibdir.
Ukrayna lideri Volodimir Zelenski isə, bu həftə ölkəsi üçün təhlükəsizlik zəmanəti ilə müharibəni bitirilməsinin mümkün olmadığını deyib.
Onun sözlərinə görə, münaqişəni həll etmək üçün ABŞ prezidenti Donald Trampla görüş keçirməlidir.