Almaniyada mühafizəkarlar qalib gəldi - Bundestaq seçkilərinin nəticəsi
Dünya
347
08:00, Bu gün

Almaniyada mühafizəkarlar qalib gəldi - Bundestaq seçkilərinin nəticəsi

Fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) bloku 28,6% səs toplayaraq qalib gəlib.
 
Bu barədə Federal Seçki Komissiyası öz saytında məlumat yayıb.
 
Almaniya üçün Alternativ (AfD) 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20,8% toplayıb və tarixində ilk dəfə ikinci olub.
 
Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Onu seçicilərin 16,4%-i, yəni 2021-ci ildəkindən üçdə bir dəfə az adam dəstəkləyib. Bu, Sosial Demokratlar üçün partiyanın tarixində ən pis nəticədir.
 
Daha sonra Yaşıllar və Sol Partiyası gəlir. Onlar müvafiq olaraq 11,6% və 8,8% səs toplayıblar.
 
Sahra Vaqenknextin “Ağıl və Ədalət Alyansı” və keçmiş maliyyə naziri Kristian Lindnerin Azad Demokrat Partiyası 5%-lik səddi aşa bilməyərək Bundestaqın tərkibinə daxil olmayıb. Onlar müvafiq olaraq 4,9% və 4,3% səs toplayıblar.
 
Yeni parlamentdə XDİ/XSB 208, AfD 151, SDM 121, Yaşıllar 85, Sol Partiya 64 yer alacaq.
Link kopyalandı!
Son xəbərlər