Dünya
400
23 Feb 2025 | 22:01

"Tramp ildırım tanrısından balqabağa çevrilir" - Nevzorov

"Trampla birlikdə Amerika rus bataqlığında çirklənir, amma ABŞ belə bir murdarlığa alışmayıb..."
 
"ABŞ-da artıq Tramp və Maskın açıq şəkildə həyatlarından məhrum edilməsi çağırışları ilə müşahidə edilən ilk etiraz aksiyaları başlayıb. "Tesla" mağazaları yandırılır və talan edilir. Talançılar öz hədəflərinin Maskın olduğunu açıq şəkildə ifadə edir".
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
"Siyasi gecəyarısı hələ  gəlməyib, amma Tramp artıq ildırım tanrısından balqabağa çevrilib. Baxmayaraq ki, balqabaqlar ABŞ-ın yeni prezidentindən daha məntiqli düşünür. Çünki məlum olub ki, o, hətta "ikiyə qədər" belə düzgün saya bilmir.
 
İki gün ərzində Tramp elə bir çıxılmaz vəziyyət yaradıb ki, ondan daha betərini təsəvvür etmək çətindir. Əgər o, Ukraynaya qarşı çirkin hücumlarını davam etdirsə, həm Kiyev, həm də Avropa onu, sadəcə, olaraq 78 il öncə çıxmamalı olduğu yerə geri göndərəcək.
 
Təbii ki, Tramp dərhal qisas alacaq. Onun qisası Ukraynanı tamamilə hərbi yardımdan məhrum etmək olacaq. Bunun nəticəsində Ukrayna təslim olacaqmı? Xeyr.
 
Bunun əvəzinə rus orkları bir neçə Ukrayna bölgəsini qarət etmək, dağıtmaq və viran qoymaq imkanı əldə edəcək. Əlbəttə ki, bu "uğur" Rusiya ənənəsinə uyğun olaraq müharibə cinayətləri ilə müşayiət olunacaq.
 
Tramp isə bu cinayətlərin birbaşa iştirakçısına çevrilir. O, müharibəni dayandıran yox, onu alovlandıran və Putin cinayətlərinin ortağı edir.
Bunun nəticəsində isə xaos, dağıntılar, nəhəng qalmaqal, ABŞ-ın nüfuzuna dəyən zərbə və rüsvayçılıq baş verir.
 
Trampla birlikdə bütün Amerika rus bataqlığında çirklənir. Amma ABŞ belə bir murdarlığa alışmayıb. "Balqabaq prezident"dən qurtulmaq arzusu Ağ Ev üçün olduqca ağrılı bir şəkildə gerçəkləşə bilər. "Black Lives Matter" üsyanları bunun yanında, sadəcə, sülh və harmoniya kimi görünəcək. 
 
Mask təxminən 40 il müddətinə "təcili işlər" adı altında Marsa göndəriləcək, Vens isə Rostov sanatoriyasında Yanukoviç və Əsədlə kompot içərək vaxt keçirəcək.
 
Əgər Tramp qəfil yenidən Ukraynanın "dostu" olmaq üçün istiqamətini dəyişsə, bu onu, sadəcə, bir boşboğaz, hətta Zelenskidən qat-qat "uğursuz komik" edəcək. Hər halda, tammiqyaslı siyasi böhran qaçılmazdır, Trampın artıq başqa çıxış yolu qalmayıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər