Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Mineralnıye Vodı şəhərlərindən Dubaya uçan sərnişin təyyarəsi uçuş hava limanına qayıdıb.
Bu barədə aviaşirkətin teleqram kanalında məlumat verilib.
“Uçuşların təhlükəsizliyini təmin etmək üçün A46087 Mineralnıye Vodı - Dubay reysinin komandiri 23 fevral 2025-ci il tarixində təyyarə sistemlərindən birinin işləmə göstəricisi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib”, - məlumatda deyilir.
Bildirilib ki, sərnişinlər aviaşirkətin ehtiyat reysi ilə təyinat yerinə çatdırılacaq.