Dəfn mərasiminə dəvət edilməyən Pezeşkiandan Nəsrullahla bağlı PAYLAŞIM
Dünya
706
23 Feb 2025 | 15:26

Dəfn mərasiminə dəvət edilməyən Pezeşkiandan Nəsrullahla bağlı PAYLAŞIM

Bu gün İran prezidenti Məsud Pezeşkian "Hizbullah"ın keçmiş liderləri Həsən Nəsrullah və Haşim Səfiəddinin dəfn mərasimi ilə bağlı “X” hesabında paylaşım edib.
 
Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
 
“Böyük Livan xalqı bütün igid oğulları ilə - xüsusilə də bu iki böyük liderlə (Həsən Nəsrullah və Haşim Səfiəddin) fəxr etməyə layiqdir. Onlar Allah yolunda şəhid olana qədər əhdinə sadiq qalan, millətin namusunu qoruyan qəhrəmanlardırlar. Biz verdiyimiz sözə sadiqik”, - Pezeşkian yazıb.
 
Qeyd edək ki, dünən İran mediası Məsud Pezeşkianın Beyrutda keçiriləcək dəfn mərasiminə dəvət olunmadığını açıqlayıb. Bu gün isə İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmmədbaqer Qalibaf Nəsrullahın dəfn mərasimində iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Beyruta səfər ediblər. 
 
Xatırladaq ki, Həsən Nəsrullah 2024-cü ilin sentyabrın 27-də Beyrutun cənubunda, Haşim Səfiəddin isə oktyabrın 4-də Dahiyə bölgəsində İsrailin hücumları zaman öldürülüblər. 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər