Lavrov və Matviyenko Türkiyəyə nəyə gedir?
Dünya
586
14:41, Bu gün

Lavrov və Matviyenko Türkiyəyə nəyə gedir?

Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Türkiyəyə səfərə başlayır.
 
Lavrov fevralın 23-24-də Türkiyədə bir sıra görüşlər keçirəcək. Maraqlıdır ki, Lavrovdan dərhal sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da fevralın 26-27-də Ankarada olacaq. Hər iki Rusiya rəsmisinin Türkiyənin xarici işlər naziri Hakan Fidan və ola bilsin ki, prezident Rəcəb Tayyib Ərdoğanla görüşləri gözlənilir.
 
Rusiya mediası yazır ki, ardarda planlaşdırılan bu səfərdə əsas məqsəd haqda rəsmi bilgi yoxdur. Lakin əsas ehtimal Ukraynadakı vəziyyətin müzakirəsi olduğu qeyd edilir. Vurğulanır ki, son günlər Rusiya ilə Türkiyə arasında təmaslar intensivləşib.
 
2022-ci il martın sonlarında Moskva ilə Kiyev arasında “İstanbul razılaşmaları” kimi tanınan danışıqların xatırlanır. Rusiya-Ukrayna danışıqları 2022-ci ildə İstanbulda baş tutub və bir neçə raund keçirilib. Rusiyanın xarici işlər naziri iddia edib ki, danışıqlardan sonra Kiyev görüşdə irəli sürülən təkliflərdən uzaqlaşan saziş layihəsini təqdim edib. Sülh danışıqları 2022-ci ilin mayında Ukraynanın təşəbbüsü ilə dayandırılıb. Elə həmin ilin oktyabrında Ukrayna prezidenti Rusiya ilə danışıqları qadağan edən fərman verib.
 
 
Yada salaq ki, fevralın 17-də Ukrayna lideri Zelenski həyat yoldaşı Yelena ilə birlikdə Türkiyəyə səfər edib. Səfər zamanı Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə ilə görüşüblər və görüşdə Rusiya ilə hərbi əsirlərin mübadiləsi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub.
Prezident Ərdoğanla Zelenski arasında 3 saat davam edən görüş və görüşdən sonra prezident Ərdoğan "müharibə indi bitməlidir" bəyanatı diqqət çəkib. “Qarşıdakı dövrdə baş tutması ehtimal edilən görüşlər üçün isə ölkəmiz ideal ev sahibi olacaq” deyə Türkiyə lideri bildirib.
 
Hələ dekabr ayında ABŞ-ın yeni seçilmiş prezidentinin sülh sazişi ilə bağlı bəyanatları fonunda Kreml Ukrayna prezidentinə “İstanbul razılaşmaları” əsasında dialoqu bərpa etməyi tövsiyə etmişdi. Rusiya və ABŞ nümayəndə heyətləri arasında 2022-ci ildən bəri ilk açıq danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutub, həmin danışıqlara Ukrayna dəvət almayıb.(musavat.com)
Link kopyalandı!
Son xəbərlər