Moskvada erməninin qətlinə görə həbslər
Dünya
570
14:24, Bu gün

Moskvada erməninin qətlinə görə həbslər

Könüllülər batalyonunun təsisçisi Armen Sərkisyanın öldürülməsi ilə nəticələnən partlayışa görə iki Ermənistan vətəndaşı saxlanılıb 
 
Moskvada “Alıye Parusı”(“Qırmızı yelkənlər”) elit yaşayış kompleksində erməni könüllülər batalyonunun təsisçisi Armen Sərkisyanın öldürülməsi ilə nəticələnən partlayışa görə iki Ermənistan vətəndaşı saxlanılıb. Musavat.com-un “Armenia Today”ə   istinadən verdiyi məlumata görə, həbs edilənlər 44 yaşlı Arman və 61 yaşlı Qraçyadır. Amma onlara qarşı  konkret ittihamlar açıqlamayıb. 
 
  Şübhəlilər Arman və Qraçya P. əvvəllər bal rəqsləri ilə məşğul olublar. Onlardan biri peşəkar rəqqas, digəri isə xoreoqrafdır.  Armanın Moskva vilayətində bərbər salonu da olub.  İş üzrə təqsirləndirilən şəxslərin heç biri, o cümlədən partlayış törətdiyi iddia edilən şəxs əvvəllər nə Rusiyada, nə də Ermənistanda axtarışa verilib. Ermənistan hakimiyyəti Rusiyadan vətəndaşlarının saxlanması ilə bağlı heç bir rəsmi bildiriş almadıqlarını bildirib. Rusiya İstintaq Komitəsi istintaqın gedişi ilə bağlı şərh verməkdən imtina edib.
 
 
Yada salaq ki, hadisə fevralın 3-də səhər saatlarında Moskvanın şimal-qərbində partlayıcı qurğunun işə düşməsi zamanı baş verib. Sərkisyan da daxil olmaqla 5 nəfər yaralanıb, o, sonradan xəstəxanada keçinib. İstintaq partlayış yerində şübhəli bilinən bomban partladan şəxsin qalıqlarını tapıb. Kişinin şəxsiyyəti hələ tam müəyyən edilməyib, lakin onun təxminən 45 yaşında olduğu  bildirilir.
 
İstintaq baş verənlərlə bağlı bir neçə versiyanı nəzərdən keçirir. Onlardan birinə görə, qətl Sərkisyanın biznes münaqişəsi ilə bağlıdır. Bununla belə, Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı versiya prioritet hesab olunur: 2023-cü ildən “ArBat” batalyonu Rusiya Müdafiə Nazirliyinin tərkibindədir və   hərbi əməliyyatlarda iştirak edir. Mənbələr iddia edir ki, Ukrayna kəşfiyyatı bir neçə aydır ki, Sərkisyanı məhv etmək üçün əməliyyat planlaşdırırmış. Ukraynada 2014-cü ildən bəri  axtarışda olan Sərkisyan “Maydan” fəallarına işgəncələr verməkdə ittiham olunub. İstintaqın məlumatına görə, o, həmin il keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonun göstərişi ilə Yuri Krisinə 200-300 nəfərlik qrup toplamaq tapşırığını verib. Bu qrupun fəaliyyəti jurnalist Vyaçeslav Vereminin qətli ilə nəticələnib.
 
Yuri Krisin ifadəsində bildirmişdi ki, Armen Sərkisyandan 20 min dollar alıb. Daha sonra isə həmin məbləğin cüzi hissəsini əlaltılarına paylayıb. Krisin bu cinayətə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Yanukoviç rejiminə yaxınlığı ilə tanınan Sərkisyanın Qorlovkada müxtəlif bizneslərə və boks klublarına nəzarət etdiyi, işğal altındakı ərazilərdə talançılıqla məşğul olduğu bildirilir.
Link kopyalandı!
Son xəbərlər