Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna ABŞ-ın faydalı qazıntılarla bağlı saziş çərçivəsində 500 milyard dollarlıq fondun yaradılması tələbinə qarşı çıxıb.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Bu fondun vəsaitləri Vaşinqtonun Kiyevə göstərdiyi yardımı kompensasiya etməli idi. Lakin Ukrayna hakimiyyəti faktiki dəstəyin bu məbləğin təxminən beşdə birinə — cəmi 90 milyard dollara bərabər olduğunu iddia edir.
Bu fikir ayrılığı Ukrayna ilə ABŞ arasında maliyyə əməkdaşlığı və strateji tərəfdaşlıqda yeni gərginlik yaradıb.