Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünya
984
09:16, Bu gün

Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan

Makron bu yaxınlarda yenə dedi ki, Ukraynanı müdafiə edəcəklər – yəqin ki, bizi müdafiə etdikləri kimi. Şolts, Starmer, Bayden, Blinken, Leyen və Hollivud ulduzları hər gün Zelenskiyə baş çəkirdilər. Bütün media orqanları Zelenskini dünyaya Rusiyaya qarşı qəhrəman kimi təqdim etdilər. Qərbə Ukrayna rusları zəiflətmək üçün lazım idi. Və bütün bunlardan sonra Zelenskini danışıqlar masasına belə dəvət etmədilər. Bir milyondan çox itkidən sonra Ukrayna hətta danışıqlara da dəvət olunmadı, başqa sözlə, atıldı. Biz Ukraynanın beş faizi də deyilik.
 
Bu sözləri ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasına açıqlamasında deyib.
 
“Biz onların prioritetlərinin dördüncü və ya beşinci xəttindəyik. Bu hakimiyyət daim yalan danışır, amma Əliyev həmişə həqiqətləri deyir. Ola bilsin ki, tezliklə Əliyevdən öyrənəcəyik ki, Zəngəzur dəhlizi ilə bağlı artıq saziş imzalanıb”, - politoloq qeyd edib.
Link kopyalandı!
Son xəbərlər