Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı
Dünya
1065
08:55, Bu gün

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı

 
Rusiya Ukrayna ordusunu dağıda bilməyəcək və məcbur olacaq ki, Kiyevin mövqeyini nəzərə alsın.
 
Bunu Donbas separatçılarının keçmiş lideri, hazırda həbsdə olan İqor Strelkov deyib.
 
O, Ukraynada döyüşlərin bitməsi ehtimalının hələlik dumanlı olduğunu bildirib:
 
"Trampda optimizmin olması təbiidir. ABŞ böyük xarici siyasi uğur əldə edib, ən azından vasitəçilik funksiyasını monopoliyaya ala bilib. Bu isə diplomatiyada elə də kiçik uğur deyil. Məsələn, son dəfə ABŞ Rusiya ilə onun rəqibləri arasında vasitəçiliyi 120 il əvvəl ediblər. Söhbət Rus-Yapon müharibəsinin sonundan gedir ki, orada da müharibə ABŞ-da Portsmunt müqaviləsinin bağlanması ilə bitdi. ABŞ Rusiyaya şərt kimi nə irəli sürüb, bilmirik. Lakin güman edə bilərəm ki, şərt bizim üçün uyğun deyil, ona görə də açıqlamırlar. Trampın bizə Ukraynanı Çinə qarşı ittifaq qarşılığında verəcəyi fikri ilə də razılaşmıram. Əminəm ki, Tramp bizə ümumiyyətlə heç nə verməyəcək, amma əvəzində çox şey götürə və hər şeyi bağışlayacağını söz verə bilər. Amma Tramp NATO-dakı müttəfiqlərinə mane olmayacaq, Ukraynanı isə dəyənək kimi dəstəkləyəcək ki, Moskvanı onun istədiyi güzəştləri qəbul etməyə məcbur edə bilsin. Bəziləri sevinir ki, Ukrayna danışıqlarda subyekt deyil.
 
Bəli, elədir, amma heç kim Ukraynanı Rusiyanın hərbi düşməni statusundan məhrum edə bilməz, çünki 3 il ərzində təkcə dağılmaqdan xilas olmadı, həm də Rusiyaya bərabər formada müqavimət göstərdi. Ona görə də Ukraynanı hesabdan silmək çox tezdir. Vaşinqton və Moskva bunu istəsə də, istəməsə də nəzərə almalı olacaqlar. Situasiyanı dəyişmək olar, bunun üçün Ukrayna ordusuna ən azından böyük məğlubiyyətlər yaşatmaq lazımdır. Lakin belə başa düşürəm ki, Moskvanın gündəmində indi belə məsələ yoxdur. Bu da bizim danışıqlardakı mövqeyimizin zəif olduğunu göstərir. Bununla belə mən müharibənin yaxın həftələr və aylarda bitəcəyini proqnozlaşdırmıram. Bizim ölkənin içində olduğu sistem böhranının isə gələcəyi yoxdur və o daha da dərinləşəcək".
 
Qeyd edək ki, Strelkov Ukrayna tərəfindən axtarışdadır. Moskva onu 2014-cü ildə Ukraynada separatçı ocaqlarının yaradılması, inkişafı və Kiyevə qarşı müharibənin başlanmasında aktiv fiqur kimi istifadə edib. Rusiyada isə o, Priqojin qiyamından sonra bir sıra digər millətçilər kimi həbs edilib. Həbsinin əsl səbəbi bilinmir, amma bəzi ekspertlər bunu Rusiya elitasındakı qarşıdurmanın nəticəsi kimi görürlər.
Link kopyalandı!
Son xəbərlər