Bizi sosial şəbəkələrdən izləyin:
İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.
APA İsrail hökümətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu bildirib.
“İndiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HAMAS hələ də 63 nəfəri girov saxlayır. İsrail hökuməti bütün vətəndaşlarımızı geri qaytarmaq üçün qətiyyətli addımları davam etdirməyə sadiqdir”, - Baş nazir qeyd edib.