Bizi sosial şəbəkələrdən izləyin:
İran Prezidenti Məsud Pezeşkian Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasiminə dəvət almayıb.
Bu haqda "Entekhab" nəşri məlumat yayıb.
Bildirilir ki, mərasimdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf iştirak edəcək.
"O, şəxsi təşəbbüsündən sonra Livan parlamentinin sədri Nəbih Beri tərəfindən dəvət olunub", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2024-cü il sentyabrın 27-də Beyrutun cənubunda İsrailin hava hücumu zamanı öldürülən Həsən Nəsrullah fevralın 23-də Livan paytaxtında dəfn olunacaq.