Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisi vəzifəsindən AZAD EDİLDİ 
Dünya
2054
22 Feb 2025 | 09:55

Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisi vəzifəsindən AZAD EDİLDİ 

Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad edib.
 
O, bu barədə “Truth Social” hesabında bildirib.
 
 
“General Brauna ölkəmizə göstərdiyi 40 ildən artıq xidmətinə görə təşəkkür edirəm. Ona və ailəsinə xoş gələcək arzulayıram”, - deyə Tramp qeyd edib.
 
O, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den Razin Keynin bu vəzifəyə namizədliyini irəli sürdüyünü açıqlayıb. Keynin namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.
Link kopyalandı!
Son xəbərlər