Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 353 nəfər saxlanıldı
Dünya
834
00:15, Bu gün

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 353 nəfər saxlanıldı

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
 
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
 
O bildirib ki, Adıyaman, Ankara, Aydın, Balıkesir, Bartın, Bilecik, Bursa, Diyarbəkir, Edirne, Elazığ, Qaziantep, Sparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Ordu, Rize, Tokat, Trabzon, Tunceli, Uşak ve Yozqar vilayətlərində keçirilən əməliyyat nəticəsində ümumilikdə 353 şübhəli saxlanılıb.
 
Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilib.
 
Yerlikaya qeyd edib ki, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizə davam edəcək.

 

Link kopyalandı!
Son xəbərlər