Bizi sosial şəbəkələrdən izləyin:
"Yeni virusun yayılma mexanizmi COVİD-19 pandemiyasına səbəb olan vurusa oxşardır..."
Çində yarasalar arasında insanlar üçün potensial təhlükəli yeni koronavirus aşkar edilib.
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti Çin Elmlər Akademiyasının Quançjou şöbəsi, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun Quançjou laboratoriyasında apardığı tədqiqata istinadən məlumat yayıb. Məlumatı "apostrophe.ua" nəşri yayıb.
Mütəxəssislər bildirib ki, HKU5-CoV-2 adlanan yeni virus Honq-Konqda Yaponiya yarasasında aşkarlanıb və onun daha geniş dairədə canlılara yoluxma və növlərarası ötürülmə potensialı ola bilər.
Alimlərin sözlərinə görə, bu yeni virusun yayılma mexanizmi COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 virusu ilə oxşardır.
Bununla belə, Çin alimlərinin araşdırmasına əsasən, HKU5-CoV-2-nin insanlar arasında yayılma riski hələ ki, yüksək qiymətləndirilməməlidir və bu səbəbdən təlaşa düşmək üçün əsas yoxdur. Lakin əlavə araşdırmalara ehtiyac var.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin hakimiyyəti Uhan şəhərində naməlum pnevmoniya epidemiyası barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST)məlumat verib.
2020-ci ilin mart ayında ÜST COVID-19-un sürətlə yayılması səbəbindən pandemiya elan edib. Son məlumatlara görə, koronavirus səbəbindən 7 milyondan çox insan həyatını itirib.