Zelenski tezliklə ABŞ ilə mineral saziş imzalayacaq - Ağ EV
Dünya
1179
21 Feb 2025 | 20:11

Zelenski tezliklə ABŞ ilə mineral saziş imzalayacaq - Ağ EV

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukraynada nadir torpaq elementləri ilə bağlı müqavilə imzalayacaq.
 
APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.
 
Onun sözlərinə görə, imzalanma yaxın gələcəkdə baş verəcək.
 
Vals vurğulayıb ki, ABŞ-yə mineral sövdələşməni təklif edən Zelenskidir.
 
“Avropa faktiki olaraq Ukraynada nizamlanmaya qarşıdır. ABŞ hesab edir ki, bu hərəkətlər mənasızdır”, - Ağ Ev rəsmisi əlavə edib.
Link kopyalandı!
Son xəbərlər