Bizi sosial şəbəkələrdən izləyin:
Macarıstan Aİ xarici işlər nazirlərinin fevralın 24-də Brüsseldə keçiriləcək iclasında Rusiyaya qarşı fərdi sanksiyaların altı ay müddətinə uzadılması qərarını dəstəkləməyəcək, Macarıstan hesab edir ki, bu, Rusiya və ABŞ arasında Ukraynaya dair danışıqlarına mane ola bilər.
Bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto “M1” telekanalına müsahibəsində deyib.
“Hesab edirəm ki, Rusiya-Amerika danışıqlarının başlaması və uğurlu olması üçün indi bizə vaxt lazımdır. Biz Brüsseldə bu danışıqlarda çətinlik yarada biləcək heç bir qərarın qəbuluna imkan verməyəcəyik”, - nazir qeyd edib.