Bizi sosial şəbəkələrdən izləyin:
Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa və ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən minerallar sazişini tez bir zamanda imzalamağa çağırıb.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Fox news-a müsahibəsində deyib.
“Ukraynadakı vəziyyətlə bağlı administrasiyadan çox məyusluq var. Biz Ukraynaya inanılmaz tarixi investisiyalar və iqtisadi imkanlar təqdim etmişik”, - o qeyd edib.
Trampın müşaviri Ukraynanın tənqidləri azaltmalı olduğunu bildirib: “Tənqidləri azaldın. Mineral sövdələşməni ciddi şəkildə nəzərdən keçirin və onu imzalayın. ABŞ və Ukrayna fikir ayrılıqlarını həll edə bilər".
Vals Ukraynanın ABŞ-ın işlərinə qarışmasının qəbuledilməz olduğunu da vurğulayıb.