55 mindən çox insanın öldüyü zəlzələdən sonra mağarada yaşayır - Fotolar
Dünya
1644
20 Feb 2025 | 18:02

55 mindən çox insanın öldüyü zəlzələdən sonra mağarada yaşayır - Fotolar

Türkiyədə evli və 3 uşaq atası olan 55 yaşlı Ali Bozoğlan 2 ildir ailəsindən uzaqda, mağarada yaşayır.
 
Onun 2023-cü ildə Hatayda baş verən güclü zəlzələdən sonra evi çöküb.
 
Zəlzələdən sonra psixoloji cəhətdən çətin günlər keçirən Bozoğlan 2 il əvvəl Samandağ rayonunun Yaylıca məhəlləsinin sərhədləri daxilində mağara kəşf edib. O, zəlzələ qorxusunu dəf etmək və insanlardan uzaq yaşamaq üçün burada məskunlaşıb.
A. Bozoğlan dövlət tərəfindən konteyner evə köçürülmək təklifini rədd etdiyini deyib: “Hər kəs mağara həyatını yaşaya bilməz, amma mən fərqli insan olduğum üçün yaşayıram. Zəlzələdən sonra 2 ildir burada yaşayıram və rahatlıq tapmışam. Bu mağara min illərdir var və dağılmayıb. Mağarada günüm çox yaxşı keçir və rahatam. Qab-qacaqları yuyuram, buraları təmizləyirəm, özümə yemək hazırlayıram.
 
Amma elektrik problemim var. Mümkünsə, günəş panellərindən istifadə etmək istərdim. Bunu da paltaryuyan və soyudu üçün istəyirəm. Mağarada yaxşı xatirələrim var. Mən hamıdan uzaq, təbiətlə təmasdayam. Savadsız insanlar mağarada yaşadığım haqda pis fikirlər söyləyirlər. Yanımda oturmurlar, söhbət etmirlər və məni tanımadıqları üçün müxtəlif şərhlər verirlər”.
 
Qeyd edək ki, sözügedən zəlzələ nəticəsində 55 mindən çox insan həlak olub.(qafqazinfo.az)

 



Link kopyalandı!
Son xəbərlər