Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Ukrayna ilə bağlı danışıqlarda “kozır”ı var, çünki o, mühüm ərazilərə nəzarət edir.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
"Düşünürəm ki, ruslar müharibəni bitirmək istəyir. Onların “kozır”ları var, çünki çoxlu əraziləri ələ keçiriblər, ona görə də üstünlüyə malikdirlər", - AFP onun sözlərini sitat gətirib.
Amerika lideri həmçinin qeyd edib ki, hakimiyyət nadir torpaq metalları üzrə Ukrayna ilə sövdələşməni canlandıracaq. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti sövdələşməni qəbul etməkdən imtina edərək, Kiyevdə olarkən ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessentlə kobud rəftar edib.
Amerika lideri daha əvvəl ABŞ-ın Ukraynaya 200 milyard dollar dəyərində yardım verdiyini, lakin bu vəsaitlərin qaytarılması mexanizminin işlənmədiyini bildirib. Bu baxımdan prezident Kiyevdən yatırılan pul ekvivalentində nadir torpaq metalları almaq istəyir.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya ilə ABŞ arasında uzun illərdən sonra ilk genişmiqyaslı danışıqlar baş tutub. Digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin həlli məsələsi də qaldırılıb.