Putin:
Dünya
1683
19 Feb 2025 | 19:08

Putin: "Rusiya Ukrayna üzrə danışıqlar masasına qayıtmağa hazırdır"

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirib.
 
Moderator.az bu barədə "Kommersant"a istinadla xəbər verib.
 
Putinin sözlərinə görə, Kiyevin Ər-Riyadda Moskva və Vaşinqton nümayəndə heyətlərinin görüşünə görə mənfi reaksiya verməsi üçün əsas yoxdur, çünki Kiyev danışıqlar prosesindən kənarlaşdırılmır.
 
"Donald Tramp telefon danışığında deyib ki, danışıqlar prosesi Ukraynanın iştirakı ilə baş tutacaq, onu heç kim danışıqlardan kənarlaşdırmır", - deyə Vladimir Putin qeyd edib.
Link kopyalandı!
Son xəbərlər