“Rusiya ordusu Kursku keçərək Ukraynaya daxil olub” - Putin
1764
19 Feb 2025 | 18:37

“Rusiya ordusu Kursku keçərək Ukraynaya daxil olub” - Putin

“Rusiya qoşunları ötən gecə Kursk vilayətində Rusiya sərhədini keçərək Ukrayna ərazisinə daxil olub”.
 
“Qafqazinfo” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
 
“Dünən gecə 710-cu briqadanın döyüşçüləri Kursk vilayətindən Rusiya Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar” , - Putin jurnalistilərə açıqlamasında deyib.
 
O, Rusiya ordusunun bütün cəbhə boyu hücum etdiyini də bildirib.
Link kopyalandı!
Son xəbərlər