Rusiyada neft mədənində GÜCLÜ PARTLAYIŞ: Yaralılar var
Dünya
1718
19 Feb 2025 | 18:09

Rusiyada neft mədənində GÜCLÜ PARTLAYIŞ: Yaralılar var

Rusiyanın Tümen vilayətinin "Radonej" neft mədənində güclü partlayış baş verib.
 
Hadisənin anbaan videosu "112 Telegram" kanalında yayımlanıb.
 
Yayımlanan kadrlarda güclü partlayışın baş vermə anı, daha sonra genişmiqyaslı yanğının baş verdiyi görüntülər əks olunub.
 
İlkin məlumata görə, hadisə nəticəsində qazmaçı köməkçisi vəzifəsini tutan iki əməkdaş xəsarət alıb. Onlardan birinin vəziyyəti kritik qiymətləndirilir.
Link kopyalandı!
Son xəbərlər