Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan iki "Embraer" təyyarəsini istismardan çıxarıb.
Oxu.Az "Tengri Travel"ə istinadən xəbər verir ki, bu barədə "Air Astana" aviaşirkətinin vitse-prezidenti İbrahim Canlıel məlumat verib.
İ.Canlıel bildirib ki, hazırda aviaşirkət ümumilikdə 58 təyyarədən yararlanır.
"Biz onların sayını 2028-ci ilin sonuna kimi 80-ə çatdırmağı planlaşdırırıq. Öhdəlik götürdük və ötən il on "Airbus-320" layneri aldıq, eyni zamanda iki "Embraer" təyyarəsini istismardan çıxardıq", - deyə İbrahim Canlıel vurğulayıb.
Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL ("Azərbaycan Hava Yolları") təyyarəsi "Embraer" şirkətinə məxsus olub.