“Onlardan qorxmuruq” - Zelenski
Dünya
1959
19 Feb 2025 | 08:21

“Onlardan qorxmuruq” - Zelenski

"Nə Rusiya, nə də Ukrayna silahla qalib gələ bilər. Rusiya bunu istəsə də, məqsədinə çatmadı".
 
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, kimsənin buna inanmadığı halda Ukrayna müstəqilliyini qoruyub: "Artıq diplomatiyaya keçmək lazımdır. Amma bu, ədalətli olmalıdır".
 
Zelenskinin sözlərinə görə, Rusiya sülh istəyirsə, əsir mübadiləsinə razı olmalıdır: "Təhlükəsiz zəmanəti yeni müharibənin başlamaması üçündür. Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. ABŞ bizə lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir".
Link kopyalandı!
Son xəbərlər