Narin Güranın məhkəməsi: Dörd şübhəlinin azad edilməsi istənilir
Dünya
342
18 Feb 2025 | 22:50

Narin Güranın məhkəməsi: Dörd şübhəlinin azad edilməsi istənilir

Türkiyənin Diyarbəkir şəhərində səkkiz yaşlı Narin Güranın amansızcasına qətlə yetirilməsi ilə bağlı davam edən təhqiqat çərçivəsində saxlanılmış altı şübhəlidən dördünün azad edilməsi tələb edilib.
 
Oxu.Az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, dörd şübhələnin vəkilləri hüquqlarını müdafiə etdiyi şəxslərin azad edilməsi tələbi ilə vəsatət qaldırıblar.
 
N.Güranın qətli ilə bağlı Diyarbəkir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanıb, 15 şübhəli barəsində ittiham aktı hazırlanıb.
 
Xatırladaq ki, ötən il səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı. Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olub. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.
Link kopyalandı!
Son xəbərlər