Ərdoğan ilə NATO baş katibi arasında telefon danışığı olub
Dünya
411
18 Feb 2025 | 20:59

Ərdoğan ilə NATO baş katibi arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.
 
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” platformasındakı paylaşımında bildirilib.
 
Görüş zamanı regional və qlobal məsələlər müzakirə olunub.
 
Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması üçün əlindən gələni etdiyini, bundan sonra da üzərinə düşəni yerinə yetirməyə davam edəcəyini, müharibəyə başlayan tərəflər də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların liderləri və təmsilçiləri ilə əlaqə saxladığını,ədalətli və davamlı sülhün mümkün olduğunu bildirib.
Link kopyalandı!
Son xəbərlər