Dünya
662
18 Feb 2025 | 18:09

"ABŞ və Avropa İttifaqı toqquşma həddində: Qərb Ukraynaya sülhməramlılar göndərəcəkmi?"

"ABŞ Ukraynada sülhün Avropanın qoruyub saxlayacağını istəyir, amma Rusiya buna razı olmayacaq..."
 
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda aparıcı rolu öz üzərinə götürəcək, Avropa isə Kiyev üçün təhlüksizlik zəmanətlərini təmin edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Danimarks Radio" məlumat verib.
 
Qərb ekspertləri hələ də "xüsusi hərbi əməliyyat"ın məqsədinin nə olduğunu anlamır. Sülhməramlı qüvvələr ancaq vəziyyəti mürəkkəbləşdirəcək.
 
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna münaqişəsinin həlli üçün danışıqlar tezliklə baş tutacaq. Onun müdafiə naziri açıq şəkildə bildirib ki, Ukraynanın təhlüksizlik zəmanətləri üçün məsuliyyət, xüsusən razılaşma quvvəyə minərsə, sülhməramlı kontingentin göndərilməsi şəklində  avropalıların üzərinə düşəcək.
 
Lakin Danimarka Hərbi Akademiyasının dosenti və keçmiş hərbi attaşe Klaus Matisenin fikrincə, Moskva Avropa sülhməramlılarının Ukraynaya göndərilməsini nəzərdə tutan sülh sazişinə heç vaxt razı olmayacaq.
 
"Rusiya üçün "xüsusi əməliyyat"ın məqsədi Ukrayna torpaqlarında NATO qüvvlərinin olmasının qarşısını almaq olub. Düzünü desək, rusiyalılara orada Ukrayna qoşunları da lazım deyil", - Klaus Matisen izah edib.
 
Böyük Britaniya baş naziri Kir Starmer elan edib ki, o, hərbi quvvələr təmin etməyə hazırdır və indi bir sıra Avropa paytaxtları sülh sazişi çərçivəsində eyni addımı atmağa hazır olub-olmadıqlarına qərar verməlidir.
 
Fransa prezidenti Emmanuel Makron və İtaliyan baş naziri Corca Meloni, Yelisey Sarayından Avropanın əsas ölkələri və Böyük Britaniya liderlərinin qeyri-rəsmi görüşündən sonra ayrılıb.
 
Ancaq bu müzakirələr əsas məsələni nəzərə almır. Münaqisşənin əvvəlində də sülh danışıqları aparılıb və o vaxt Kreml Ukraynada xarici hərbi quvvələrin istənilən formada olmasını qəti şəkildə istisna edib. Klaus Matisenin fikrincə, bu gün Rusiya güc mövqeyində olduğu üçün Moskvanın prinsiplərinə sadiq qalacağına şübhə yoxdur.
 
"Rusiya döyüş meydanında təzyiq hiss etmədiyinə görə Putinin Ukraynaya Britaniya, Almaniya, Fransavə ya Danimarkanın qoşunun göndərilməsinə razı olmasını təsəvvür etməyə çətinlik çəkirəm", - Matisen fikrini bolüşüb.
 
O, vurğulayıb ki, əgər Moskva Ukraynada Avropa quvvələrinə qarşı çıxarsa, Avropa kontingentinin göndərilməsi tamamilə fərqli risklərlə əlaqəli olacaq:
 
"Əgər Rusiya razı olmazsa, bu, sözdə sülhməramlı missiya olacaq. Bu o deməkdir ki, lazım gələrsə, onlar Rusiya qoşunları qarşısında döyüşməli olacaq və mən sadəcə təsəvvür edə bilmirəm ki, Avropa ölkələrindən hansısa buna hazırdır", - Matisen deyib.
Link kopyalandı!
Son xəbərlər