Torontoda təyyarə qəzası: Yaralananlar var
1410
18 Feb 2025 | 03:44

Torontoda təyyarə qəzası: Yaralananlar var

Kanadanın Toronto şəhərində "Delta Airlines"a məxsus təyyarə eniş edərkən çevrilib, səkkiz nəfər xəsarət alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ctvnews.ca məlumat yayıb.
 
Qeyd olunur ki, hadisə Kanadanın ən böyük hava limanı olan Lester Pirson adına hava limanında baş verib. "Bombardier CRJ 900" təyyarəsi Minneapolisdən (ABŞ) uçub.
 
Hadisənin baş verdiyi yerə təcili yardım briqadaları göndərilib.
 
Təyyarədə təxminən 80 nəfərin olduğu bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər