"ABŞ-ın seçdiyi strategiya Putinin xeyrinə işləyə bilər..."
Avropa Trampın strategiyasının gözlənildiyi kimi nəticə verməyəcəyindən narahatdır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa müttəfiqlərinə bildirib ki, Pasxa bayramına- 20 aprel 2025-ci ilə qədər Ukraynada atəşkəsə nail olmağı planlaşdırır.
Bəzi rəsmilər bu həftə Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə başlayacaq danışıqların sürətinin iddialı və bəlkə də qeyri-real göründüyünü bildirib", - "Bloomberg" danışıqlarla tanış olan mənbələrə istinadən yazır.
"Bu ilin sonuna qədər razılaşmaya nail olmaq daha real görünür", - nəşrin mənbələrindən biri deyib.
Sülh danışıqları və Avropanın narahatlıqları
ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Hegsetin Ukraynanın təhlükəsizliyinin təminatı və sülhməramlı qüvvələrin təmin edilməsinin Avropanın məsuliyyətində olacağını bəyan etməsi ilə avropalı rəsmilərini şoka salıb. Tramp isə öz növbəsində Kreml rəhbəri ilə telefonla danışıb.
"Bu, kənardan sakitləşdirmə siyasəti kimi görünür", - Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen "Bloomberg"ə müsahibəsində vurğulayıb. Bildirilir ki, ABŞ-ın seçdiyi strategiya Putinin xeyrinə işləyə bilər.
Ukraynada müharibənin bitməsi prosesinə dair digər məlumatlar
Daha öncə məlumat verildiyi kimi, fevralın 17-də, bazar ertəsindən etibarən Ukrayna üçün vacib hadisələrlə dolu bir həftə başlayır. Xüsusilə Avropanın ən nüfuzlu liderləri Parisdə toplaşaraq, ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə tez bir razılığa gəlmək cəhdləri fonunda öz fəaliyyətlərini əlaqələndirəcək.
Bundan əlavə, Çin və Braziliya Ukraynadakı müharibənin bitməsi ilə bağlı bəyanat verib. Çin Xarici İşlər Nazirliyi vurğulayıb ki, Pekin müxtəlif sahələrdə, xüsusən də "BMT-nin əsas rolunu dəstəkləmək və Qlobal Cənub ölkələrinin qanuni hüquq və maraqlarını qorumaq" üçün braziliyalılarla əməkdaşlığa hazırdır.