Özcan Deniz infarkt keçirdi
Dünya
1327
17 Feb 2025 | 20:06

Özcan Deniz infarkt keçirdi

Türkiyəli müğənni və aktyor Özcan Deniz infarkt keçirib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi rol aldığı “Kızıl Goncalar” serialının çəkiliş meydançasında huşunu itirib.
 
İlk müdaxilədən sonra anju edilən aktyora iki həftə sonra stent qoyulacaq. Özcanın hazırda evdə dincəldiyi bildirilir.
 
Xatırladaq ki, Özcan Deniz son günlər ailəsi ilə yaşadığı problemlərlə gündəmdədir. Sənətçinin anası oğlu və gəlini (Samar Dadgar) barəsində uzaqlaşdırma tədbiri istəyərək məhkəmə prosesi başladıb.
 
Özcanın qardaşı ilə də münasibətləri pisləşib. Sənətçi sosial media hesablarının əlindən alınması ittihamı ilə qardaşı və keçmiş meneceri Ercan Dənizi məhkəməyə verib.
Link kopyalandı!
Son xəbərlər