Bizi sosial şəbəkələrdən izləyin:
İsrail Müdafiə Qüvvələri (SAXAL) atəşkəs razılaşması çərçivəsində növbəti 24 saat ərzində Livanın cənubundan çəkiləcək, lakin beş strateji mövqedə qalacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.
Məlumata görə, SAXAL Livanın cənubunda "Hizbullah" yaraqlılarının fəaliyyətini bərpa etməsinin qarşısını almaq üçün bu beş mövqedə "qeyri-müəyyən müddətə" mövcudluğunu qoruyacaq.