Petrosyanla Köçəryan arasında gərginlik – “Məni Qarabağdan İrəvana çağırdı ki...”
Dünya
1465
17 Feb 2025 | 18:58

Petrosyanla Köçəryan arasında gərginlik – “Məni Qarabağdan İrəvana çağırdı ki...”

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan mətbuat konfransında xələfi Robert Köçəryanın söylədiyi yalanlara və uydurduğu nağıllara cavab vermək niyyətində deyil.
 
Teleqraf xəbər verir ki, bunu Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan deyib.
 
Köçəryan bugünkü mətbuat konfransında Ter-Petrosyanın 1990-cı illərin sonlarında onu Qarabağdan İrəvana çağırdığını iddia edib:
 
“Deyirsiniz ki, sizin ilkin mandatınız yox idi, mənim Qarabağda ilkin mandatım (ləğv edilmiş separatçı rejimin başçısı – red.) vardı, mən ondan imtina etdim, çünki Levon Ter-Petrosyan məndən Ermənistana baş nazir vəzifəsini tutmaq üçün gəlməyimi xahiş eləmişdi. Mən də mandatımdan imtina edib Ermənistana gəldim və necə işləyəcəyimizlə bağlı çox aydın razılaşmalar vardı. O vaxt çox açıq şəkildə bildirdim ki, uzun müddətdir kimsə mənim rəhbərim deyil. Levon Ter-Petrosyanla münasibət yaxşı idi, pis deyildi, amma bildirdim ki, inciməyin, sizi rəhbər kimi qəbul etməyəcəm, işgüzar münasibətləri qəbul edəcəm”.
 
Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalının, Xocalı soyqırımı və digər hərbi cinayətlərin əsas müəlliflərindən biridir. O, bir müddət artıq ləğv edilmiş separatçı rejimin başçısı olub. Köçəryan barəsində Azərbaycanda cinayət işi açılıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər