Ukraynada prezident seçkisinin tarixi açıqlandı
Dünya
2473
17 Feb 2025 | 00:12

Ukraynada prezident seçkisinin tarixi açıqlandı

Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko ölkədə prezident seçkisinin 26 oktyabrda keçiriləcəyini iddia edib.
 
Oxu.Az xəbər verir ki, bu barədə strana.ua məlumat yayıb.
 
Poroşenko bu iddiasını hazırkı dövlət başçısı Volodimir Zelenskinin ofisindəki mənbələrə, hüquq-mühafizə orqanlarına istinad edərək irəli sürüb.
 
"Qeyd edin: bu ilin 26 oktyabrı", - deyə Poroşenko Ukraynada seçkinin nə vaxt keçirilə biləcəyi ilə bağlı suala cavab verib.
 
Poroşenkonun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) hazırda seçicilərin reyestrinə dəyişikliklər edir.
 
Qeyd edək ki, Ukraynada prezident seçkisi 2024-cü ilin mart ayında keçirilməli idi. Lakin ölkədəki hərbi vəziyyət seçkiyə imkan verməyib.
Link kopyalandı!
Son xəbərlər