Yaxın bir neçə gündə görəcəyik ki, Putin… - Rubio
Dünya
1838
17 Feb 2025 | 00:00

Yaxın bir neçə gündə görəcəyik ki, Putin… - Rubio

Yaxın bir neçə gün Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülhə nə dərəcədə ciddi yanaşdığını müəyyən edəcək.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.
 
“Prezident Tramp ötən həftə (12 fevralda – red.) Vladimir Putinlə danışıb və həmin söhbət zamanı Vladimir Putin sülhdə maraqlı olduğunu bildirib. Prezident Tramp bu münaqişəyə uzunmüddətli və Ukraynanın suverenliyini qoruyan şəkildə son qoymaq istəyini ifadə edib”, - Rubio CBS telekanalına müsahibəsində vurğulayıb.
 
Rubio əlavə edib ki, ukraynalılar və avropalılar istənilən real danışıqlarda iştirak edəcəklər:
 
“Müzakirələr nəhayət, o yerə gələcək ki, real danışıqlar olacaq. Bu baş verərsə, Ukrayna işğal edildiyi üçün iştirak edəcək, avropalılar da iştirak etməli olacaqlar, çünki onların Putinə və Rusiyaya qarşı sanksiyaları var. Sadəcə, biz o mərhələyə hələ çatmamışıq".
 
Qeyd edək ki, Amerika rəsmiləri Rusiya nümayəndə heyəti ilə danışıqlar üçün artıq bu gecə Səudiyyə Ərəbistanına yollanacaqlar.
Link kopyalandı!
Son xəbərlər