Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin nümayəndə heyəti Ukraynadakı müharibə ilə bağlı Rusiya rəsmiləri ilə danışıqlar üçün bu gün, fevralın 16-da Səudiyyə Ərəbistanına yola düşür.
APA “BBC“yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Uitkoff əlavə edib ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uatz da danışıqlar prosesində iştirak edəcək.
Danışıqlarda Ukrayna nümayəndələrinin iştirak etməyəcəyi qeyd olunur.
O, Ukraynanın danışıqlar prosesinin bir hissəsi olduğunu vurğulayıb, lakin təfərrüatları açıqlamayıb.