İki cəbhə arasında vəziyyət getdikcə MÜRƏKKƏBLƏŞİR -
Dünya
1640
15 Feb 2025 | 23:21

İki cəbhə arasında vəziyyət getdikcə MÜRƏKKƏBLƏŞİR - "Tramp Qırmızı Meydanda ola bilər"

Serbiya Prezidenti Aleksandar Vucic hesab edir ki, Ukraynada sülh əldə olunarsa, ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə Paradında Moskvaya gələcək.
 
Publika.az xəbər verir ki, onun sözlərdən "Veçerne Novosti" sitat gətirib.
 
“Bir tərəfdən ABŞ və Rusiya, digər tərəfdən isə Ukrayna və Avropa arasında vəziyyət getdikcə mürəkkəbləşir. Pasxa bayramında orada sülh olsaydı, hamı üçün daha yaxşı olardı. Mən təsdiq etdim ki, mayın 9-da Moskvaya gedəcəyəm, sonra Tramp Qırmızı Meydanda ola bilər”, - Vuçiç bildirib.
 
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin mayın 9-da ABŞ lideri Donald Tramp da daxil olmaqla, dövlət liderlərinin Moskvaya səfər edəcəyi təqdirdə şad olacaq. Onun sözlərinə görə, bu bayram ölkə üçün çox önəmlidir və Rusiya hakimiyyəti bu anı bölüşmək istəyən dünya liderlərini məmnuniyyətlə qarşılayacaq.
 
Eyni zamanda Kreml Trampın Rusiya paytaxtına dəvət edilməsinin onun Qələbənin 80-ci ildönümünə gələcəyi anlamına gəlmədiyini vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər