KİV: HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır
1586
15 Feb 2025 | 21:48

KİV: HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır

HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır.
 
Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
 
Mənbənin sözlərinə görə, radikal təşkilatın nümayəndələri təsdiqləyiblər ki, atəşkəs sazişinin hər üç mərhələsində ona əməl etmək niyyətindədirlər və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəklər:
 
"Misir hazırda anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpasına cavabdeh olacaq müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv danışıqlar aparır. Əlavə məlumat verilmir".
 
HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.
Link kopyalandı!
Son xəbərlər