Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini müzakirə edib
Dünya
658
15 Feb 2025 | 19:24

Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
 
Bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb.
 
Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan-ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.
 
Həmçinin Ermənistan-Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.
 
ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.
Link kopyalandı!
Son xəbərlər