Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın Bakuriani dağ-xizək kurortunda hotelin balkonuna asılmış Rusiya bayrağı ilə bağlı qalmaqal yaranıb.
Bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya simvolları bir qrup vətəndaşın narazılığına səbəb olub. Onlar hotel işçisinə müraciət edərək bayrağın çıxarılmasını tələb ediblər, lakin rədd cavabı alıblar. Bundan sonra qrup yaxınlıqda olan ukraynalıların köməyi ilə bayrağı özləri çıxarıb.
Hadisənin videosu “Facebook”da istifadəçi Giga Tedoradze tərəfindən yayımlanıb və qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Eyni zamanda, bayrağın asıldığı kottecin guya “Crystal Hotel & SPA”ya məxsus olduğu barədə məlumat yayılıb. Lakin şirkət bunu təkzib edib. Bildirilib ki, kottec Gürcüstan vətəndaşı olan fiziki şəxsə məxsusdur. O, bayrağı şəxsi təşəbbüsü ilə asıb və çoxsaylı müraciətlərə baxmayaraq, onu çıxarmaqdan qətiyyətlə imtina edir.