Bizi sosial şəbəkələrdən izləyin:
NATO-nun Baş katibi Mark Rutte Avropa və ABŞ arasında Ukrayna nizamlanması ilə bağlı hər hansı əsaslı fikir ayrılığı görmür.
Bunu o, Münhen Təhlükəsizlik Konfransında bildirib.
"Amerikalılar razıdırlar ki, davamlı sülh təmin edilməlidir. Ona görə də gəlin şikayət etməyək, bizi danışıqlara dəvət etmədiyinə görə təəssüf etməyək. Gəlin, konkret ideyalar təklif edək, müdafiə xərclərini artıraq, Ukrayna üçün hərbi təlim keçək", - o qeyd edib.
Rutte əlavə edib ki, bu məsələdə konkret təkliflərə ehtiyac var.