Zelenskiyə Ukrayna dilində danışmağa İCAZƏ VERİLMƏDİ
Dünya
800
15 Feb 2025 | 17:15

Zelenskiyə Ukrayna dilində danışmağa İCAZƏ VERİLMƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenskiyə Münhen Təhlükəsizlik Konfransı zamanı Ukrayna dilində danışmağa icazə verilməyib.
 
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ura.ru" nəşri məlumat verib.
 
Məlumata görə, o, konfransda öz ölkəsinin dilində danışmaq niyyətində olub, lakin təşkilatçılar buna imkan verməyiblər.
 
"Mən Ukrayna dilində danışa bilərəm?", - deyə Zelenski soruşub.
 
"Xeyr", - deyə konfransın moderatoru cavab verib.
 
Belə sürətli rədd cavabından sonra, zalda gülüş səsləri eşidilib.
 
Qeyd edək ki, 61-ci Münhen Təhlükəsizlik Konfransının fevralın 14-dən 16-dək keçirilməsi nəzərdə tutulub. Bu konfrans beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün dünyanın aparıcı forumlarından biri hesab olunur.
 

 

Link kopyalandı!
Son xəbərlər